Haqqımızda
" Stend LAB " şirkəti olaraq satışa dəstək reklam məhsulları istehsalı bazarında 2019-ci ildən fəaliyət göstərir və öz müştərilərimizi məmnun etməyi daima bacarmışıq.
Yerli Reklam məhsulları istehsalı bazarında istehsal etdiyimiz məhsullar ölkə bazarında keyfiyyətinə görə rəqiblərindən daha öndə və dünya standartlarına uyğun istehsal olunur. Ölkəmizin öndə gedən bir çox şirkət və firmaları ilə biznes əməkdaşlığı edirik. istehsal fəaliyyətimizə daxil olan reklam işlərinin keyfiyyətinə rəqib tanımırıq. İstifadə etdiyimiz ən son texnoloji avadanlıqlarla müştərilərimizin sifariş etdiyi istənilən reklam işlərini, biz profesional ustalar tərəfindən yüksək keyfiyyətdə icra edirik.
İstehsalatımıza daxildir :
•Displey və Stendlərin istehsalı (metal /mebel /orqanik və təbi şüşə)
•POS -məhsullar (PVC /acrylic və.s)
•Qabarıq işıqlı və işıqsız hərflər
•Maşınların brendingi
•Səhnə Tərtibatı (promo sərgilər)
•Çap işləri (Vinil, Banner, Tent, Tekstil, Dartma tavan, Solid, Backlit və.s )
•3D maket işləri (real obyektin maketi, sərgi və.s üçün)
